"Rəşadı əsəbi gördüm, soruşdum..." - Tərlan Əhmədov

"Mənim üçün gözlənilməz ssenari alındı, müdafiə futbolu oynadıq. Görünür, rəqib bizi yaxşı analiz edib. Buna baxmayaraq qol şanslarımız oldu". 
 
Sport7.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın VIII turunda evdə "Sabah"la 1:1 hesablı heç-heçədən sonra söyləyib.
 
48 yaşlı mütəxəssisin sözlərinə görə, nəticə ədalətlidi: "Hər iki komanda qol imkanlarından yararlana bilsəydi, bol qollu oyun olacaqdı. Yaralı yerim ehtiyat skamiyasında oyunu gücləndirəcək futbolçu tapa bilməməyimidir. Bunu bəhanə etmək istəmirəm. Ancaq ehtiyat qüvvə olsa, daha yaxşı nəticə qazanmaq olar".
 
Əhmədov komandalar fasiləyə yollanan zaman "Keşlə" rəsmiləri ilə əyləşən bir şəxsin komandanın futbolçusu Rəşad Sadiqova kobud şəkildə irad tutmasına da münasibət bildirib: "Soyunub-geyinə otağında Rəşadı əsəbi gördüm. Dedilər belə bir şey olub. Kim olduğunu bilmədim".
 
Baş məşqçi matçın 33-cü dəqiqəsində zədələnən Ruslan Qurbanovun zədəsinin süni örtükdən qaynaqlandığını və ciddi bir şey olmadığına ümid bəslədiyini söyləyib. (Matc.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR