Reski danimarkalı badmintonçuya uduzdu

Reski danimarkalı badmintonçuya uduzdu

Badmintonçumuz Edi Reski Dviçayo Qazaxıstanın Uralsk şəhərində "CONDENSATE Kazakhstan International Series 2019" turnirində çıxış edib.
 
Sport7.az xəbər verir ki, kişilərin şəxsi yarışında mübarizəyə 1/16 final mərhələsindən qoşulan Edi ilk görüşündə Qazaxıstan badmintonçusu Vyaçeslav Vlassova 2:0 (21-13,21-8) hesabı ilə qalib gəlib. Dviçayo 1/8 final mərhələsində Avstraliya təmsilçisi Keiz Mark Edisonu 2:0 (21-15,21-15) hesabı ilə məğlub etməklə turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. Edinin 1/4 finalda turnirin qalibi Ditlev Jaeger Holmla görüşü 3 set davam edib. Badmintonçumuz gərgin keçən oyunda danimarkalı rəqibinə 1:2 (21-14,19-21,21-17) hesabı ilə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR