Reski Kamerunda çempion oldu

Reski Kamerunda çempion oldu

Badmintonçumuz Edi Reski Dviçayo Kamerunun paytaxtı Yaunde şəhərində keçirilən "Cameroon International 2019" turnirində qızıl medal qazanıb

Sport7.az xəbər verir ki, yarışın 1 nömrəli reytinq favoriti sayılan Edi mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşündə əlcəzairli Məhəmməd Əbdüləzizə 2:0 (21-11,21-8) hesabı ilə qalib gələn Edi, uğurlu başlanğıcın davamını 1/4 finalda da gətirib. Nigeriya təmsilçisi Qodvin Olofuanı ilk setdə çətinliklə məğlub edən (22-20) badmintonçumuz ikinci seti rəqibi üzərində aşkar üstünlüklə bitirib (21-5).
 
Yarımfinalda Edinin rəqibi belçikalı Maksim Moreels olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə badmintonçumuz rəqibini 2:1 (25-23,15-21,21-13) hesabı ilə məğlub edib. Dviçayo turnirin finalında Avstriya idmançısı Luka Vraberlə qarşılaşıb. 3 set davam edən görüşün yekununda Edi rəqibi üzərində 2:1 (21-19,19-21,15-21) hesablı qalibiyyət əldə edib.
 
Turnirin qalibi adını qazanan Edi hesabına 2500 reytinq xalı yazdırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR