Badmintonçumuz Edi Reski Dviçayo İtaliyanın Milan şəhərində keçirilən "DECATHLON PERFLY Italian International 2019" turnirinə qələbə ilə başlayıb.
Sport7.az xəbər verir ki, Edi 1/16 finalda Almaniya badmintonçusu Samuel Hisaoya 2:1 (15-21,21-16,22-20) hesabı ilə qalib gəlib. Edi 1/8 finalda turnirin 1 nömrəli reytinq favoriti, Fransa təmsilçisi Brays Leverdezlə qarşılaşacaq. Leverdez 2015-ci ildə keçirilən analoji turnirin qalibi olub.
Sport7.az