Reynaldo üçün Avroliqanın qrup mərhələsi bitib

Reynaldo üçün Avroliqanın qrup mərhələsi bitib

"Qarabağ”ın hücumçusu Reynaldo "Bakı”yla matçda aldığı zədəyə görə Avropa Liqasının qrup mərhələsində baş tutan "Sent-Etyen”lə oyunda (1:1) komandasına kömək edə bilməmişdi.
 
"Sambaçı”nın zədələndiyi məlum olanda onun təxminən 10 gün yaşıl meydanlardan kənar qalacağı deyilirdi. Məntiqlə, Reynaldo "İnter”lə dekabrın 11-də keçiriləcək oyunda meydana çıxmalı idi. Hamını maraqlandıran bu məsələyə aydınlıq gətirmək üçün "Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq.
 
Publika.az-a açıqlamasında "Qarabağ”ın rəsmisi braziliyalı forvardın durumuyla bağlı bunları söylədi:
 
"İlkin yoxlamalardan sonra Reynaldonun 10 gün komandaya kömək edə bilməyəcəyi gözlənilirdi. Sonradan məlum oldu ki, o, 4 həftə istirahət etməlidir. Artıq iki həftə geridə qalıb. Reynaldo daha iki həftə komandaya kömək edə bilməyəcək”.


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR