Reynaldodan “dubl” – VİDEO

Reynaldodan “dubl”  – VİDEO
Qazaxıstan Premyer Liqasında 10-cu turun oyunları start götürüb.

Sport7.az xəbər verir ki, "Qarabağ”ın sabiq futbolçusu Reynaldo üçün bu tur əlamətdar olub.

"Sambaçı”nın komandadı "Aktöbe” bu tur "Akjayık”ın 5:3 hesabı ilə məğlub edib. Reynaldo isə bu oyunda "dubl” müəllifi olub.

Sabiq "Qarabağ”lı 45-ci dəqiqədə komandasının 3-cü, 56-cı dəqiqədə isə 4-cü qolunu vurub. Maraqlıdı ki, meydan sahibləri hesabı 5:0-a çatdırdıqdan sonra öz qapılarından 3 qol  buraxıblar.

Hazırda "Aktöbe”nin aktivində 7 xal var və Reynaldonun komandası 12 komanda arasında 11-ci yerdədir.
 
 

 
 

Xəbər lenti