Reynaldodan ilk açıqlama

Reynaldodan ilk açıqlama
"Qarabağ"da çıxış edəcəyi dəqiqləşən Reynaldo ilk açıqlamasını verib.

Sport7.az xəbər verir ki, futbolçu klubun saytına açıqlamasında "Qarabağ"a qayıtdığı üçün çox xoşbəxt olduğunu söyləyib: "Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burda keçirmişəm. Səbirsizliklə "Qarabağ" forması ilə yenə meydana çıxmağımı gözləyirəm. Buna görə də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".

Sport7.az

Xəbər lenti