Reytinq açıqlandı, heç kim yerindən tərpənmədi

Reytinq açıqlandı, heç kim yerindən tərpənmədi

Çempionlar Liqasının növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Sport7.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunun son 8 qarşılaşmasından sonra cədvəldə bəzi dəyişikliklər olub. Amma bunlar yalnız xal hesablarında əksini tapıb. 55 ölkənin yer aldığı cədvəldə yerdəyişmə qeydə alınmayıb.

83,569 xalla İspaniya cədvəlin ilk pilləsində qərarlaşıb. İngiltərə və İtaliya da ilk "üçlük”də yer alıb.

Yalnız bir təmsilçisi mübarizəni davam etdirən Azərbaycan 26-cı sırada qalıb. Ölkəmizin aktivində 16,625 xal var. Bu gün Avropa Liqasının 2-ci turunda "Vilyarreal”ı qəbul edəcək "Qarabağ” ölkəmizin xal əmsalını artırmaq üçün uduzmamalıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR