Riad Rəfiyev Arazı satmağa hazırlaşır - VİDEO

Riad Rəfiyev Arazı satmağa hazırlaşır - VİDEO
Cənubi Kiprin "Anartosis” klubunda çıxış edən Araz Abdullayev yayda iş yerini dəyişəcək.

Sport7.az xəbər verir ki, bir müddət əvvəl kiprlilər Arazın transfer hüququnu "Qəbələ”dən almaq üçün qarşı tərəfə müraciət ediblər.

"Qəbələ”nin bu sövdələşmə üçün 150 min avro istəməsi kiprliləri razı salmayıb və Arazın transfer hüququnun alınması məsələsi gündəmdən düşüb. Bundan sonra komandanın baş məşqçisinin də Abdullayevə münasibəti dəyib, həmyerlimiz əsas heyətdəki yerini və çalışdırıcının etimadını itirib.

Təsadüfi deyil ki, Belarusla oyundan öncə jurnalistlərə açıqlama verən Araz Abdullayev klubu barədə ətraflı danışmaq istəməmişdi, bu haqda millinin düşərgəsindən ayrılandan sonra düşünəcəyini demişdi.

Arazın beyni bu dəqiqə klubla məşğul olmasa da, onun menecerliyini həyata keçirən və Cənubi Kiprə yollanmasında vasitəçilik edən Riad Rəfiyev 26 yaşlı futbolçuya yeni klub axtarışına başlayıb. Rəfiyevin rəhbərlik etdiyi "3R Sports Management” şirkəti artıq bu yöndə danışıqlar aparır. Arazla maraqlanan klublara təqdim edilmək üçün şirkət tərəfindən xüsusi video-çarx da hazırlanıb. Həmin görüntülərdə Arazın "Anortosis”dəki çıxışı və vurduğu qollar əks olunur.

Təxmin etmək çətin deyil ki, Rəfiyev Arazı Avropanın ortabab çempionatlarının birinin təmsilçisinə satmaqda maraqlıdı. Bu səbəbdən də Azərbaycan klublarından əvvəl bu istiqamətdə işlər aparılır.

Xatırladaq ki, "Sumqayıt”ın prezidenti "3R Sports Management” şirkətinin qurucusu və sahibidir. Şirkətin adındakı "3R” də məhz Rəfiyev Riad Rasim oğlu anlamını daşıyır.
 

 

Xəbər lenti