Riad Rəfiyevin yeni tapıntısı Qazaxıstandan oldu

Riad Rəfiyevin yeni tapıntısı Qazaxıstandan oldu

Avropa Liqasında debüt etməyə hazırlaşan "Sumqayıt”ın qazaxıstanlı futbolçunu sıralarına qatır.

Sport7.az xəbər verir ki, həmin futbolçu Azərbaycan əsilli Kərəm Sultanovdu. 24 yaşlı Sultanov azərbaycanlıların sıx yaşadığı Aktau şəhərinin "Kaspi” klubunda çıxış edir.

Çimkənd futbol məktəbinin yetirməsi sayılan Kərəm "Ordabası”nın aşağı yaş qruplarında, eləcə də "Kızıl Jar”da oynayıb.

1,90 metr boya sahib mərkəz müdafiəçisi ilə "Sumqayıt”ın iki illik anlaşdığı Qazaxıstan mətbuatında qeyd olunub. Çox güman ki, Riad Rəfiyevin yeni tapıntısı tezliklə Azərbaycan millisinə də dəvət alacaq.
 
"Kaspi"də rəsmi oyuna çıxmağa macal tapa bilməyən Sultanovun transfer qiyməti 175 min avro qiymətləndirilir.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR