Riberi karyerasını İtaliyada davam etdirə bilər

Riberi karyerasını İtaliyada davam etdirə bilər

"Bavariya"nin sabiq vinqeri Frank Riberi "Fiorentina"ya keçə bilər.

Riberi instaqram hesabında paylaşım edib: "Yeni çağırışa hazıram. Tezliklə bu, baş tutacaq".

Fransız futbolçunun keçmiş komanda yoldaşı Luka Toni posta şərh yazıb: "İtaliyaya yollanırsan? Hahaha".

Riberi Toninin şərhini gülüş, ürək və razılıq mənasını verən emosiyalarla cavablandırıb.

"Bild"in xəbərinə görə, 36 yaşlı oyunçu artıq "Fiorentina"nın təklifini qəbul edib. Daha əvvəl Riberinin adı "Lokomotiv"lə birlikdə hallanırdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR