Riberi karyerasını İtaliyada davam etdirəcək

Riberi karyerasını İtaliyada davam etdirəcək

"Bavariya"nın sabiq vinqeri Frank Riberinin "Fiorentina"ya keçidi rəsmiləşmək üzrədi.

Jurnalist Canluka Di Martsionun xəbərinə görə, tərəflər artıq müqavilənin detallarını razılaşdırıblar. Riberi bu gün Florensiyaya yollanacaq.

Fransız futbolçunun yeni iş yerində illik 4 milyon avro (vergiləri çıxmaqla) qazanacağı gözlənilir.

Riberi 2018-19 mövsümünün sonunda "Bavariya"dan ayrılaraq azad agent statusuna keçmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR