Riberininin evini soydular

Riberininin evini soydular

"Fiorentina"nın futbolçusu Frank Riberi xoşagəlməz hadisə ilə üzləşib.

Sport7.az xəbər verir ki, bu haqda "La Repubblica" nəşri məlumat yayıb. Məlumata görə fransalı yarımmüdafiəçinin Florensiyadakı evi qarət olunub. Hadisə A Seriyasının 30-cu turunun "Parma" ilə oyunu zamanı baş verib. Oyunçuya dəymiş ziyanın məbləği açıqlanmayıb.
 
Riberi 2019-cu ilin yayından "Fiorentina"da çıxış edir. O daha əvvəl Fransada "Metz" və "Marsel", Türkiyədə "Qalatasaray" və Almaniyada "Bavariya" klublarının formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR