Riçard Almeyda

Riçard Almeyda "Qarabağ"ın matçında

"Zirə"nin heyətinə qatmağa hazırlaşdığı Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Bakıdadır.

Sport7.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 7-ci turunun "Qarabağ"la bugünkü oyununu izləmək üçün Zirə İdman Kompleksinin stadionuna gəlib.

31 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Almeyda 2012/2018 mövsümündə və 2019-cu ildə "Qarabağ"ın formasını geyinib. Onun son klubu Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" komandası olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR