Rio 2016: Azərbaycan 39-cu pillədədir

Rio 2016: Azərbaycan 39-cu pillədədir
Bu gün Rioda keçirilən Yay Olimpiya oyunlarının sonuncu günüdür.

Sport7.az xəbər verir ki, artıq medal qazanan ölkələrin sayı 87-yə çatıb. Dünənki nəticələr sayəsində Azərbaycanın aktivinə 1 qızıl, 1 bürünc medal əlavə olunub.

Bu qənimətlərdən sonra ölkəmiz 1 qızıl, 4 gümüş, 10 bürünc medalla 39-cu pilləyə yüksəlib. Medal sayında isə Macarıstanla 16-17-ci yerləri bölüşürük.

Sport7.az

Xəbər lenti