Rio 2016 bitdi - Ermənistanı geridə qoyduq!

Rio 2016 bitdi - Ermənistanı geridə qoyduq!

Braziliyada keçirilən Yay Olimpiya Oyunları sona çatıb.

Sport7.az xəbər verir ki, yarışların sonuncu yarış günündə medal qazanan ölkələrin sayında artım baş verməyib. Azərbaycan 1 qızıl, 7 gümüş, 10 bürünc medalla 87 medalçı ölkə arasında 39-cu yeri tutub.

Ümumi göstəricilərə görə Gürcüstandan geri qalsaq da, Belarus, Türkiyə və Ermənistanı qabaqlamağı bacarmışıq.

Medal sayında isə nəticə Yeni Zelandiya ilə birgə 14-15-ci yerlərə şəriklikdən ibarət olub.

Medalların əyarı və sayına görə ABŞ qalib olub. Böyük Britaniya medal əyarında 2-ci, medal sayında 3-cü olub. Çin isə medal əyarında 3-cü yerlə kifayətlənib. Dopinq qalmaqalları ilə əlaqədar üzləşdiyi cəzalar Rusiyanın ilk "3-lük"dən kənarda qalmasına səbəb olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR