Rio-2016-da neçənci yerdəyik?

Rio-2016-da neçənci yerdəyik?
Rio-de-Janeyroda təşkil olunan XXX Yay Olimpiya Oyunlları davam edir. Sport7.az xəbər verir ki, artıq 40 dəst medal öz sahibini tapıb.

Medal sıralamasına ABŞ başçılıq edir. Amerika idmançıları indiyədək 5 qızıl, 7 gümüş və 7 bürünc medal qazanıb.

İkinci pillədəki Çin idmançılarının aktivində 5 qızıl, 3 gümüş və 5 bürünc medal var.

İlk "üçlüy"ü Avstraliya qapayır: 4 qızıl və 3 bürünc medal.

Azərbaycanın hələlik bir medalı var. Belə ki, cüdoçumuz Rüstəm Orucov gümüş medala sahib çıxıb. Ölkəmiz medal sıralamasında 27-32-ci yerləri bölüşür.

Xəbər lenti