Rio Ferdinand: "Mbappeyə kömək edin!"

Rio Ferdinand:
İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand ötən gün DÇ-2018-in yarımfinalında keçirilən Fransa - Belçika matçını dəyərləndirib. 

Sport7.az xəbər verir ki, o, bu görüşdə Kiliana Mbappenin çıxışını yüksək qiymətləndirib. 

"Mbappenin sürəti qaydasızdı. Onun 19 yaşı var, ancaq DÇ-2018-də çıxış edən müdafiəçiləri qorxudur. Onun qarşısını necə kəsmək olar? Onun komanda yoldaşlarına demək lazımdır ki, "Xahiş edirik, Mbappeyə kömək edin!". Bu vəziyyətlərdə komanda yoldaşlarının köməyi lazımdır. Əvvəllər mən də elə edirdim. Əsasən karyeramın sonlarında. Mən hansısa sürətli rəqibə qarşı oynayanda, mənə Maykl Kerrik kömək edirdi. Onu müdafiəçi ilə təkbətək buraxmaq olmaz", deyə veteran futbolçu "Daily Mail"ə açıqlamasında bildirib. 

Qeyd edək ki, Fransa millisini Belçikanı 1:0 hesabı ilə yenərək finala adlayıb. 
 
Sport7.az

Xəbər lenti