Rio Olimpiadasında dəhşətli hadisə - FOTOLAR

Rio Olimpiadasında dəhşətli hadisə - FOTOLAR
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında fransalı idmançının ayağı sınıb.
 
Sport7.az xəbər verir ki, fransalı idman gimnastı Samir Ait Səid təsnifat mərhələsi zamanı ayağından ciddi zədə alıb. O, dayaqla tullanma hərəkətini yerinə yetirərkən, yerə uğursuz düşüb. 27 yaşlı idmançının ayağının iki yerdən qırıldığı müəyyənləşib.
 
Maraqlıdır ki, Samir Ayt Səid artıq ikinci dəfə belə hadisəylə üzləşir. 2012-ci il Londonda keçirilən olimpiadadan öncə Fransanın Monpelye şəhərindəki turnirdə eyni hərəkəti yerinə yetirərkən, onun sağ ayağı qırılıb.

Xəbər lenti