Rioda döyülən, soyulan cüdoçu - FOTO

Rioda döyülən, soyulan cüdoçu - FOTO
Rioda keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Dirk van Tihlet xoşagəlməz hadisə ilə üzləşib. Sport7.az xbər verir ki, Kopakabana çimərliyində cüdoçunun önünü qarətçilər kəsib.

Soyğunçular idmançıya qarşı fiziki təzyiq göstərib, telefonunu və digər qiymətli əşyalarını əlindən alsalar da, van Tihelt qazandığı medalı qorumağı bacarıb. Döyülən cüdoçu daha sonra müalicə üçün xəstəxanaya müraciət edib.

Qeyd edək ki, Dirk van Tihlet Rüsrəm Orucovla eyni çəki (73) dərəcəsində çıxış edirdi.



Xəbər lenti