Rivaldo öz klubunu satışa çıxardı

Rivaldo öz klubunu satışa çıxardı

FİFA versiyası üzrə 1999-cu ilin ən yaxşı futbolçusu Rivaldo özünün sahibi olduğu "Moji-Mirin" klubunu satmağı qərara alıb. "Report"un məlumatına görə, braziliyalı sabiq dünya çempionu "İnstagram" səhifəsində elan yerləşdirib.

"Maraqlananlar "[email protected]" ünvanına müraciət edə bilərlər" deyə 42 yaşlı ulduz yazıb.

Qeyd edək ki, "Moji-Marin" növbəti mövsümdən Braziliya B seriyasında mübarizə aparacaq. Rivaldo 2008-ci ildən klubun prezidenti idi.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR