"River Pleyt" çempionluğu 2 həftə sonra qeyd etdi - FOTO

Cənubi Amerikanın ən böyük kuboku olan "Libertadores Kuboku"nun 2018-ci il çempionu "River Pleyt" doğma meydanı "El Monumental"da azarkeşləri ilə birlikdə çempionluğu qeyd edib.
 
Sport7.az xəbər verir ki, yaşanan yaşanan tərəfdar hadisələri səbəbindən Cənubi Amerikadan İspaniyanın paytaxtı Madridə daşınana kubokun final matçının cavab görüşündə "Boka Xuniors"u 3:1 hesabı ilə məğlub edərək kuboku qazanan "River Pleyt" bunu 2 həftə sonra qeyd edə bildi. 
 
Finalın ardından BƏƏ-də keçirilən FİFA Klublararası dünya çempionatına yollanan "River Pleyt" yalnız dünən Argentinaya dönə bilib. "Qırmızı-ağlar", çempionluğu doğma meydanda 60 min azarkeşi ilə qeyd edib.
 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR