Robert Prosineçki:

Robert Prosineçki: "Azərbaycanda yaxşı futbolçular var"

Azərbaycan milisinin yeni baş məşqçisi Robert Prosineçki ilk açıqlamasını verib. Sport7.Az həmin açıqlamanı təqdim edir.

"Ailəm3 il ərzində Azərbaycanda yaşayacaq. Uşaqlarım burda məktəbə gedəcək. Uduzanda da, udanda da müsahibə verməkdən boyun qaçırmayacam. Qısa bir zamanda 2 yerli köməkçinin kim olduğu bilinəcək. Mən oyunları daim izləyəcəm. Məşqçilər korpusu ilə daim önsiyyətdə olacam. Xorvatiya - Azərbaycan oyununu canlı izlədim. Bundan başqa klubların Antalya toplanışlarına da yollanacam".

Eyni zamanda Prosineçki milli futbolçular haqqında öz fikrini bildirib.

Oyunçu və məşqçi kimi həmişə optimist olmuşam. Azərbaycanda yaxşı futbolçular var. Söz vermirəm ki, Xorvatiyanı yenəciyik. Amma layiqli oyun sərgiləmək üçün potensialımız var. 4 oyunluq məğlubiyyət psixologiyasını düzəltməliyik. Biz artıq müdafiə futbolu oynamayacayıq. Deyərdim ki, artıq müdafiə futbolunu öyrəndik. İndi hücum futbolu nümayiş etdirməyin vaxtıdır.Futbolçular rəqiblərinə qarşı hücuma meyilli oynamaq üçün özlərinə inanmalıdırlar.


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR