Roberto Bordin:

Roberto Bordin: "Komandam yaxşı oynadı"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Premyer Liqanın 13-cü turunun "Səbail” klubu ilə oyunusonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, komandanın azı bir qol vurmağa layiq olduğunu bildirən bildirən italiyalı mütəxəssis futbolçuların oyunundan razı qalıb: "Çətin oyun oldu. Çox qapanmış komandaya qarşı mübarizə apardıq. Cinahlardan müxtəlif hücumlar etdik. Rəqib də qapımızda sürətli əks-hücumlar yarada bildi. Çoxlu qol epizodu yaratdıq. Azı bir qol vurmağa layiq idik”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Bu gün Raufun işi çox çətin idi. Qapalı müdafiəyə, üç mərkəz müdafiəçisinə qarşı oynayırdı deyə, onu hərtəfəli bağlayırdılar. Deməzdim ki, qol şansını qaçırmaq "Neftçi”də ənənə halını alıb. Məsələn, keçən tur çoxlu qol vəziyyəti yaratdıq və bunun 4-nü qolu çevirdik. Qol vəziyyətləri yaratmasaydıq, bu məni daha çox narahat edərdi. Əlbəttə, komandamız təbii otda məşq etdiyi üçün süni meydançanın təsiri var. Burada oynamaq çətindir. Amma bunu səbəb kimi göstərmirəm. Bu gün komandam yaxşı oynadı. Futbolçularımız "Keşlə” ilə oyunla müqayisədə bu gün bu qazona daha yaxşı adaptasiya olmuşdu. Qələbə qazanmamağımızın səbəbini nədə görməyimə gəlincə, bizdə yalnız qol çatışmırdı. Matçı analiz edəndən sonra daha dərin səbəblərini deyə bilərəm”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR