Roberto Bordin:

Roberto Bordin: "Mən transferlərə qarışmıram" dediyimi xatırlamıram"

"Keşlə" ilə oyundan sonra "Neftçi"nin baş məşqçisi Roberto Bordinin mətbuat konfransı keçirilib.
 
Sport7.az xəbər verir ki, italyan mütəxəssis bunları söyləyib: "Rəqib bütün heyətlə müdafiə olunurdu. Ona görə də bizə çətin oldu. Emin Mahmudov fürsəti əla dəyərləndirdi. Qoldan sonra da üstünlük tərəfimizdə idi. Müdafiədə kiçik boşluqlar olsa da, Səlahət Ağayev inamlı çıxış etdi. Əlbəttə ki, 2:0-dan sonra da mübarizə apardıq, daha çox qol vurmaq istəyirdik. Nəticədən məmnunam.

Sansone bir müddət oynamayıb.  Düzdü, məşqlər edirdi, amma oyun təcrübəsi yox idi. Onu yaxşı tanıyıram. İtaliya çempionatında oynamış futbolçudu. Ona inanıram. Sadəcə, bir az zaman lazımdı.

Patellas həm hücumda, həm də müdafiədə yaxşı oynayır. Ondan çox razıyam. "Qarabağ"ın qələbə qazanmasından sonra bizim üçün asan deyildi. Amma gərginliyin öhdəsindən gələ bildik.
 
"Qarabağ"la oyunda taktikanı dəyişmişdik. Oyunun gedişində müxtəlif gedişlərə əl atmağımız normaldı. Bəzən iki hücumçu ilə oynayırıq, bəzən də müdafiəni gücləndiririk.
 
Rəhman Hacıyevin oynamamasının xüsisi səbəbi yoxdu. Mirabdulla Abbasovun oyununda hansısa geriləmə yoxdu. İlk qol epizodunu da o yaratdı, fərqlənə bilmədi. Onunla bağlı hər şey qaydasındadı. Yayda "mən transferlərə qarışmıram" dediyimi də xatırlamıram".
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR