Roberto Karlos türkləri əsəbləşdirdi:

Roberto Karlos türkləri əsəbləşdirdi: "Türkiyə kimi aşağı səviyyəli..."

Futbol dünyasının 2 böyük klubu Madrid "Real"ı və "Liverpul" xeyriyyə məqsədi ilə qarşılaşıb.

Sport7.az xəbər verir ki, kimsəsiz uşaqlara yardım toplamaqdan ötrü keçirilən bu oyunda hər 2 klubun veteran "ulduzlar"ı qarşılaşıb.

"Santyaqo Bernabeu" stadionunda 70 min futbolsevərin izlədiyi qarşılaşmada meydan sahibləri 4:2 hesabıyla qələbə qazanıb. Madridlilərin qollarına İvan Peres və Amaviskayla yanaşı 2 dəfə penaltidən fərqlənən Roberto Karlos imza atıb. "Liverpul"dan isə Harri Kyuel və Maykl Ouen fərqlənib. 

Oyundan sonra jurnalistlərə açıqlama verən Roberto Karlos möhtəşəm hisslər yaşadığını deyib: "Futbol həmişə həyatımda ilk yeri tutur. Madridə dönmək mənim üçün gözəl oldu. Burda 11 möhtəşəm mövsüm keçirmişəm. Bu stadion mənim evimdi. Gələcəkdə "Real"ın baş məşqçisi olmaq ən böyük arzularımdandı, amma bunun üçün hələ çox çalışmalıyam. Qətərə gedəcəyim haqda xəbərlər doğru deyil, indilik işsizəm. Türkiyə kimi aşağı səviyyəli çempionatlarda işləməkdə məqsədim təcrübə qazanmaqdı". 

Roberto Karlosun Türkiyə Superliqası haqda dedikləri türkiyəli azarkeşlərin və idman yazarlarının böyük narazılığına səbəb olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR