Rocer Federer dünyanın bir nömrəli tennisçisidir

Rocer Federer dünyanın bir nömrəli tennisçisidir
Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) rəsmi saytında yerləşdirilən yeni reytinq cədvəlində isveçrəli Rocer Federer birinci yeri tutub. O, tennis Olimpində rəqibi olan ispaniyalı Rafael Nadalı əvəz edib.
 
Sport7.az xəbər verir ki, ötən həftənin yekunlarına görə, Nadal Madrid Açıq Çempionatında titulunu qoruya bilməyib və itirilmiş xallar nəticəsində reytinq cədvəlindəki birinci pillədən məhrum olub.

"Böyük dəbilqə” turnirləri seriyasında iyirmi qələbə qazanmış Rocer Federer dəfələrlə dünyanın ən güclü tennisçisi olub. Otuz altı yaşlı idmançı ilk dəfə 2004-cü ilin fevralında ATP-in reytinq cədvəlinə başçılıq edib. Ümumilikdə isveçrəli tennisçi müxtəlif ranqlı 97 turnirin qalibi olub.

Dünyanın ən güclü üçüncü tennisçisi titulunu almaniyalı Aleksandr Zverev qazanıb.

Qadın Tennis Assosiasiyasının (WTA) reytinq cədvəlində isə Rumıniya idmançısı Simona Halep birinciliyi əlində saxlayır. Danimarkalı Karolin Voznyaki və ispaniyalı Qarbinye Muqurusa sonrakı yerləri tuturlar.
 
Sport7.az

Xəbər lenti