Rogers Cup: Serena Osakanı məğlub etdi, Halep mübarizəni dayandırdı

Rogers Cup: Serena Osakanı məğlub etdi, Halep mübarizəni dayandırdı

Torontoda keçirilən "Premier 5" seriyalı "Rogers Cup" turnirində 1/4 final mərhələsinə yekun vurulub.

Serena Vilyams karyerasında ilk dəfə Naomi Osakanı məğlub edib. Sofiya Kenin dünya 7 nömrəsi Elina Svitolinanı, "İndian Vells"in qalibi Byanka Andreesku isə WTA-nın reytinqində üçüncü olan Karolina Plişkovanı mübarizədən kənarlaşdırıb.

Ötən il Torontoda çempionluq yaşayan Simona Halep Mari Buzkova ilə görüşdə, ikinci setin başlanğıcı ərəfəsində ayağındakı ağrılar səbəbindən oyundan imtina edib.


Rogers Cup (Premier 5)

Toronto, Kanada

1/4 final

Sofiya Kenin (ABŞ) - Elina Svitolina (Ukrayna) - 2:0 (7:6, 6:4)

Byanka Andreesku (Kanada) - Karolina Plişkova (Çexiya) - 2:1 (6:0, 2:6, 6:4)

Serena Vilyams (ABŞ) - Naomi Osaka (Yaponiya) - 2:0 (6:3, 6:4)

Mari Buzkova (Çexiya) - Simona Halep (Rumıniya) - 1:0 (6:4, Halep imtina edib)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR