Rolan Qarros: Cokoviçi məğlub edən Tim finalda

Rolan Qarros: Cokoviçi məğlub edən Tim finalda

"Rolan Qarros"da kişilərin mübarizəsində ikinci finalçı müəyyənləşib.

Dünəndən bu günə təxirə salınan və bu gün də hava şəraiti səbəbindən bir dəfə dayandırılan Dominik Tim - Novak Cokoviç görüşü yekunlaşıb. Avstriyalı raketka ustası 4 saat 19 dəqiqəlik mübarizə sonunda dünya bir nömrəsinin "Böyük dəbilqə" seriyalı turnirlərdəki 26 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyaraq, finala yüksəlib.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Kişilər

Yarımfinal

Dominik Tim (Avstriya) - Novak Cokoviç (Serbiya) - 3:2 (6:2, 3:6, 7:5, 5:7, 7:5)


Tim sabah finalda Rafael Nadalla qarşılaşacaq. Qeyd edək ki, ötən il də "Rolan Qarros"un finalında sözügedən iki tennisçi üz-üzə gəlmiş, matçdan ispan tennisçi qalib ayrılmışdı.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR