Rolan Qarros: Halep, Kiz və Barti 1/4 finala yüksəldi

Rolan Qarros: Halep, Kiz və Barti 1/4 finala yüksəldi

"Rolan Qarros"da qadınların mübarizəsində 1/8 final mərhələsinə yekun vurulub.

Dünya 3 nömrəsi Simona Halepə 1/4 finala yüksəlməsi üçün 45 dəqiqə kifayət edib. Rumın tennisçi İqa Şvöntekə bir qeym verib. Medison Kiz Katerina Sinyakovanı mübarizədən kənarlaşdırıb.
 
Əşli Barti ötən mərhələdə Serena Vilyamsı məğlub edən Sofiya Kenindən üstün olub. Amanda Anisimova isə çətinlik çəkmədən Alyona Bolşovanı məğlub edib.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Qadınlar

1/8 final

Medison Kiz (ABŞ) - Katerina Sinyakova (Çexiya) - 2:0 (6:2, 6:4)

Əşli Barti (Avstraliya) - Sofiya Kenin (ABŞ) - 2:1 (6:3, 3:6, 6:0)

Simona Halep (Rumıniya) - İqa Şvöntek (Polşa) - 2:0 (6:1, 6:0)

Amanda Anisimova (ABŞ) - Alyona Bolşova-Zadoynov (İspaniya) - 2:0 (6:3, 6:0)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR