Rolan Qarros: Nadal, Federer və Vavrinka 1/4 finalda

Rolan Qarros: Nadal, Federer və Vavrinka 1/4 finalda

"Rolan Qarros"da kişilərin mübarizəsində 1/8 final mərhələsinə start verilib.

Rafael Nadal çətinlik çəkmədən Xuan İqnasio Londeronu məğlub edib. Rocer Federer bənzər formada Leonardo Mayerə qalib gəlib. Sten Vavrinka - Stefanos Çiçipas görüşü dramatikliyi ilə diqqət çəkib. 5 saat 11 dəqiqə davam edən oyunun sonunda sevinən tərəf isveçrəli raketka ustası.

Kei Nisikori - Benua Per matçı bu gün qaldığı yerdən davam edəcək. Yapon tennisçinin hesabda 2:1 üstünlüyü var.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Kişilər

1/8 final

Rocer Federer (İsveçrə) - Leonardo Mayer (Argentina) - 3:0 (6:2, 6:3, 6:3)

Sten Vavrinka (İsveçrə) - Stefanos Çiçipas (Yunanıstan) - 3:2 (7:6, 5:7, 6:4, 3:6, 8:6)

Rafael Nadal (İspaniya) - Xuan İqnasio Londero (Argentina) - 3:0 (6:2, 6:3, 6:3)

Kei Nisikori (Yaponiya) - Benua Per (Fransa) - 2:1 (6:2, 6:7, 6:2 - davam edəcək)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR