Rolan Qarros: Nadal və Federer üçüncü mərhələdə

Rolan Qarros: Nadal və Federer üçüncü mərhələdə

Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros"da kişilərin mübarizəsində də ikinci mərhələnin oyunları keçirilir.

"Torpaq kortların kralı" Rafael Nadal asanlıqla üçüncü mərhələyə yüksəlib. İspan raketka ustasının bu dəfəki "qurban"ı Yannik Maden olub. Rocer Federer digər almaniyalı Oskar Otteni mübarizədən kənarlaşdırıb. Stefanos Çiçipas isə Uqo Dellyenə qalib gəlib.

Mərhələ adlayanlar sırasında Kei Nisikori, Qriqor Dimitrov və Sten Vavrinka da var.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Kişilər

İkinci mərhələ

Stefanos Çiçipas (Yunanıstan) - Uqo Dellyen (Boliviya) - 3:1 (4:6, 6:0, 6:3, 7:5)

Rafael Nadal (İspaniya) - Yannik Maden (Almaniya) - 3:0 (6:1, 6:2, 6:4)

Kei Nisikori (Yaponiya) - Jo-Vilfred Tsonqa (Fransa) - 3:1 (4:6, 6:4, 6:4, 6:4)

Rocer Federer (İsveçrə) - Oskar Otte (Almaniya) - 3:0 (6:4, 6:3, 6:4)

Qriqor Dimitrov (Bolqarıstan) - Marin Çiliç (Xorvatiya) - 3:2 (6:7, 6:4, 4:6, 7:6, 6:3)

Sten Vavrinka (İsveçrə) - Kristian Qarin (Çili) - 3:0 (6:1, 6:4, 6:0)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR