Rolan Qarros: Zverev və del Potro ikinci mərhələdə

Rolan Qarros: Zverev və del Potro ikinci mərhələdə

Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros"da kişilərin mübarizəsində birinci mərhələnin növbəti oyunları keçirilib.

Dünya 5 nömrəsi Aleksandr Zverev Con Millmanla görüşdə çətin anlar yaşayıb. Buna baxmayaraq, alman tennisçi sonda 4 saatdan artıq davam edən oyundan qalib ayrıla bilib. "Monte-Karlo Masters"in çempionu Fabio Fonini həmyerlisi Andreas Seppini mübarizədən kənarlaşdırıb.

Mərhələ adlayanlar sırasında Xuan Martin del Potro və Qael Monfis də var.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Kişilər (fərdi)

Birinci mərhələ

Aleksandr Zverev (Almaniya) - Con Millman (Avstraliya) - 3:2 (7:6, 6:3, 2:6, 6:7, 6:3)

Fabio Fonini (İtaliya) - Andreas Seppi (İtaliya) - 3:1 (6:3, 6:0, 3:6, 6:3)

Xuan Martin del Potro (Argentina) - Nikolas Harri (Çili) - 3:1 (3:6, 6:2, 6:1, 6:4)

Qael Monfis (Fransa) - Taro Daniel (Yaponiya) - 3:0 (6:0, 6:4, 6:1)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR