"Roma" qalib gəldi, "Liverpul" finala yüksəldi - YENİLƏNDI

Bu gün futbol üzrə Çempionlar Liqasında digər finalçı müəyyənləşəcək.

Sport7.az xəbər verir ki, Madridin "Real” klubu "Bavariya”nı üstələməklə bu hüquqa yiyələnib. "Kral klubu”nun rəqibi İtaliyanın paytaxtında keçiriləcək "Roma” və "Liverpul” komandalarının duelində müəyyənləşəcək.

İlk oyunda rəqibini 5:2 hesabı ilə məğlub edən "Liverpul” buna çox yaxın görünür. Lakin Yugren Kloppun rəhbərlik etdiyi kollektiv 69-cu dəqiqəyə qədər Muhamed Salahla Roberti Firminonun dublu, Sadio Manenin 1 qolu ilə öndə olsa da, son dəqiqələrdə 2 qol buraxaraq, rəqibi ümidləndirdi.

"Roma”nın heyətində zədəlilər - Rik Karsdorp və Qrequar Defrel meydana çıxa bilməyəcək. Kevin Strootman ilə Dieqo Perottinin durumu sual altındadır. Adam Lallana, Emre Can, Aleks Oksleyd-Çemberlen və Joel Matip zədə üzündən "Liverpul”a kömək etməyəcəklər. Cordan Hendersonun oynayıb-oynamayacağı isə dəqiq bilinmir.
 
"Canavarlar" bu mövsüm artıq bir dəfə möcüzəni gerçəkləşdirib və "Barselona"nı mübarizədən kənarlaşdırmağı bacarıblar. Bu səbəbdən də axşamkı qarşılaşmanın nəticəsini proqnozlaşdırmaq çətindir.

Qeyd edək ki, final matçı mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.

Çempionlar Liqası, yarımfinal, cavab oyunu

22:45. "Roma” (İtaliya) – "Liverpul” (İngiltərə) 4:2

Baş hakim: Damir Skomina

İlk oyun – 2:5

Sport7.az
 

Xəbər lenti