"Roma" kapitanı ilə vidalaşır

Daniele De Rossi mövsümün sonunda "Roma"dan ayrılacaq.

"Parma" ilə görüş italiyalı futbolçu üçün "Roma" forması ilə sonuncu olacaq. Bu barədə klubun saytı məlumat yayıb.

Günorta saatlarında De Rossinin mətbuat konfransı keçirəcəyi gözlənilir.

Kapitan 2001-ci ildən bəri "Roma"nın formasını geyinirdi. De Rossi "canavarlar"ın heyətində meydana çıxdığı 457 rəsmi oyunda 43 dəfə rəqib qapılarına yol tapıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR