"Roma" növbəti Cengiz Ünderi "Qalatasaray"da tapıb

Cengiz Ünderin transferi ilə hədəfi vuran "Roma" bu dəfə "Qalatasaray"ın başqa gənc futbolçusuna göz dikib.
 
Sport7.az xəbər verir ki, transfer sehrbazı adlandırılan "Roma"nın "Monçi" ləqəbli idman direktoru Ramon Rodrigez Verdexo gənc futbolçunu izləmək üçün köməkçilərini İstanbula göndərir. İtaliya nəhəngi "Sarı-qırmızılar"ın 17 yaşlı futbolçusu Yunus Akgünü hədəfə alıb. 
 
"Qalatasaray"ın U-17 komandası ilə Avropa və dünya çempionatına qatılan Akgün bu mövsüm U-19-da forma geyir. Zədə səbəbindən bir müddət forma geyə bilməyən Akgün son 4 oyunda komandasını irəli daşıyan isim olub. Hücumun mərkəzində və cinahlarda oynayan gənc futbolçu son 4 matçda 3 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb. 
 
"Roma"lı nümayəndələr martın 25-də baş tutacaq "Qalatasaray" - "Trabzonspor" matçında Akgünün oyununu canlı izləməyi planlaşdırır. Ümumiyyətlə italyanların futbolçunu mövsümün sonuna qədər izləyəcəkləri bildirirlir.
 
Sport7.az

Xəbər lenti