"Roma" "Qarabağ"la oyuna itki ilə çıxacaq - FOTO

Çempionlar Liqasının qrup mərhələsinin ikinci oyununda "Qarabağ”la qarşılaşacaq "Roma" itki ilə üzləşib.
 
Sport7.az xəbər verir ki, komandanın yarımüddafiəçisi Dieqo Perotti zədələnib.
 
Argentinalı futbolçu A seriyasının "Udineze” ilə oyununda xəsarət alıb. Futbolçunun ayağında geniş kəsik yaranıb. 
 
Qeyd edək ki, ÇL-in ikinci turunun "Qarabağ” – "Roma” oyunu sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
 


Sport7.az

Xəbər lenti