"Roma" "Şaxtyor"a imkan vermədi, "Sevilya" tilsimi qırdı - Statistika

"İnStat" ötən gün Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan görüşlərdə qapılara endiriən zərbələrin statistikasını təqdim edib. 

Sport7.az xəbər verir ki,  "Roma" ilə oyunda (1:0) "Şaxtyor"un futbolçuları qapıya bir dəfə də olsun zərbə endirə bilməyiblər. Donetsk komandası sonuncu dəfə 15 sentyabrda ÇL-də "Real" (4:0) ilə səfər oyununda bu hala düşüb.

"Sevilya" isə "Mançester Yunayted"in qapısına 23 zərbə endirib. Bu isə bir ilkdir. Belə ki, heç bir komanda bu il "qırmızı şeytanlar"ın meydanında komandanın qapısına bu qədər zərbə vurmayıb. 

"Mançester Yunayted" - "Sevilya" oyunu ÇL-in 1/8 final mərhələsindən ən çox zərbələri vurulan görüş olub - 39. 
 
Sport7.az








Xəbər lenti