"Sevilya" və "Roma" 1/4 finalda! – Çempionlar Liqası

Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək.

Sport7.az xəbər verir ki, ilk oyunlardan sonra "Roma” və "Mançester Yunayted” rəqiblərinə nisbətən şanslı sayılır.

Hər iki komandaya 1:0 hesablı qələbə kifayət edir. Belə ki, "qırmızı şeytanlar” İspaniyadan qolsuz heç-heçə ilə qayıdıblar, "Roma” isə Ukraynada 1:2 hesabıyla məğlub olub.

Xatırladaq ki, "Real” Madrid, "Yuventus”, "Liverpul” və "Mançester Siti” 1/4 finala vəsiqəni təmin edibl
 

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

 

13 mart

 

"Roma” (İtaliya) – "Şaxtyor” (Ukrayna) - 1:0

Qol: Dzeko, 52

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Roma, "Olimpiya” stadionu

İlk oyun - 1:2

 

"Roma”: 1. Alison Bekker, 4. Radca Naynqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas

"Şaxtyor”: 30. Andrey Pyatov, 2. Boqdan Butko, 6. Taras Stepanenko, 7. Tayson, 8. Fred, 10. Bernard, 11. Marlos, 18. İvan Ordets, 19. Fakunda Ferreyra, 31. İsmaili, 44. Yaroslav Rakitski

 

 

"Mançester Yunayted” (İngiltərə) – "Sevilya” (İspaniya) - 1:2

Qollar: Lukaku, 84 - Ben Yedder, 74, 78

Baş hakim: Danni Makkelye (Hollandiya)

Mançester, "Old Trafford” stadionu

İlk oyun – 0:0

 

"Mançester Yunayted”: 1. David De Xea, 3. Erik Beyli, 12. Kris Smollinq, 18. Eşli Yanq, 31. Nemanya Matiç, 27. Maruan Fellaini, 14. Cesse Linqard, 19. Markus Reşford, 7. Aleksis Aleksis Sançez, 9. Romelu Lukaku, 25. Antonio Valensiya

"Sevilya”: 1. Serxio Riko, 4. Simon Kyaer, 5. Klemen Lenlet, 10. Ever Baneqa, 11. Xoakin Korrea, 15. Steven Nzonzi, 17. Pablo Sarabia, 18. Serxio Eskudero, 20. Luis Muriel, 22. Franko Vazgez, 25. Qabriel Merkado

   
Sport7.az
 

Xəbər lenti