"Roma" yeni baş məşqçisini açıqladı

"Roma"nın yeni baş məşqçisi müəyyənləşib.

"Canavarlar"ı Paulu Fonseka çalışdıracaq. Klub saytı vasitəsilə bu barədə məlumat yayıb. Onunla 2 illik müqavilə imzalanıb. Ehtiyac yaranarsa, saziş əlavə 1 il müddətinə uzadıla bilər.

Fonsekanın İtaliya klubunda ilinə 2,5 milyon avro qazanacağı bildirilir. Həmçinin "Roma" təyinat qarşılığında "Şaxtyor"a 2 milyon avro təzminat ödəyəcək.

Fonseka 2016-cı ildən bəri "Şaxtyor"un başında idi. Onun rəhbərlyi altında komannda 3 dəfə Ukrayna çempionatının, 3 dəfə Ukrayna Kubokunun, 1 dəfə isə Superkubokun qalibi olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR