"Roma" "Yuventus"un arzusunu gözündə qoydu - VİDEO

İtaliya A seriyasında 36 turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, "Yuventus" bu turda çempionluğunu rəsmiləşdirə bilərdi. Özü də əzəli rəqib "Roma"nın stadionunda. Bunun üçünsə "qoca sinyora" uduzmamalı idi.

Romalılar Turin təmsilçisinin bu arzusunu gözündə qoyub. Paytaxt təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Nəticədə "Yuventus"un növbəti çempionluğunun rəsmiləşməsi azı bir tur təxirə düşüb.
 
Bundan başqa "Roma" "Yuventus"un 16 oyunluq məğlubiyyətsizlik oyunlar seriyasına da son qoyub.

Hazırda lider olan "Yuve"nun aktivində 85 xal var. "Roma" rəqibini 81 xalla 2-ci pillədən izləyir. Çempionatın finişinə isə iki tur qalıb.
 



Xəbər lenti