"Roma"dan koronavirusla mübarizəyə yeni dəstək kampaniyası

İtaliya A Seriyası təmsilçisi "Roma" koronavirusla mübarizə ilə əlaqədar yeni kampaniyaya start verib.
 
Sport7.az xəbər verir ki, klub xüsusi hazırlanan 500 ədəd formanın satışa çıxarılacağını açıqlayıb. Klubun yaranma tarixi olan 1927-ci ilə əsasən 192,7 avroya satılacaq formalardan əldə ediləcək gəlirin ehtiyac sahiblərinə paylanacağı bildirilib. 
 
"Roma" buna qədər də koronavirusla mübarizə aparan xəstələrə dəstək üçün 500 min avrodan çox maddi yardım toplamışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR