“Roma”dan tibb işçilərinə böyük dəstək

“Roma”dan tibb işçilərinə böyük dəstək

İtaliyanın "Roma” klubu ölkədə tüğyan edən koronavirusla mübarizə aksiyasına qoşulub.

Sport7.az xəbər verir ki, klubun sosial şəbəkələrdəki rəsmi səhifələri xəstəxanalar üçün pul toplamağa başlayıb. Azarkeşlər iki həftə əvvəl başlayan bu sosial layihəyə böyük dəstək göstəriblər.

Artıq dünən qarşıya qoyulan 500 min avro həddinə çatılıb və "Roma” 534 min avro vəsait toplandığını açıqlayıb. Həmin məbləğ koronavirusla mübarizə aparan xəstəxanaların hesabına köçürüləcək.

Xatırladaq ki, ötən həftə "Roma”nın futbolçuları və idarə heyəti bir günlük maaşlarını şəhərdəki infeksiya xəstəxanasına bağışlamışdılar.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR