"Roma"dan yeni transferi üçün maraqlı təqdimat - VİDEO

"Roma” ötən mövsüm "Sassuolo”da çıxış edən Lorenso Pelleqrinini heyətinə qatıb.
 
Sport7.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilə qədər müqavilə bağlanılıb. Klubun rəsmi saytından verilən məlumatda paytaxt təmsilçisi öz yetirməsi olan futbolçu üçün qarşı tərəfə 10 milyon avro ödədiyi bildirilib.

Romalılar yeni transferini ictimaiyyətə maraqlı şəkildə təqdim edib. Belə ki, Pelleqrini "FİFA 2017” kompüter oyunu vasitəsi ilə təqdim olunub. Daha doğrusu FİFA 2017"də "Roma"nı seçən futbolçu hətta, qol da vurub.

Pelleqrini 2015-ci ildə 1,25 milyon avro müqabilində "Sassuolo”ya keçib. O, ötən mövsüm "qara-yaşıllar”ın heyətində 34 oyunda iştirak edib və 8 qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə edib.
 
 
Sport7.az

Xəbər lenti