Roman Qriqorçuk:

Roman Qriqorçuk: "Cavid Hüseynovu o qədər çox istəyirəm ki"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" III təsnifat mərhələsində Kiprin "Apollon" klubunu mübarizədən kənarlaşdırdı. Sport7.az xəbər verir ki, "qırmızı-qaralar" səfərdən 1:1 hesablı başa çatan matçın revanşında kiprliləri Cavid Hüseynovun penaltidən vurduğu qolla məğlub yola saldı.

Oyundan sonra təşkil olunmuş mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: "Bu gün çox şadıq. Çünki hər kəsə sevinc bəxş etdik. Bizim üçün indi çox çətindi. Çünki əsas heyətin oyunçuları növbəti oyunda iştirak etməyəcək. Cavid Hüseynovdan narazı qaldım. Çünki o intizamı pozdu. Buna görə onunla bir daha söhbət edəcəm. Cavidi o qədər çox istəyirəm ki. Onu cəzalandıra bilmərəm. Yəqin ki, öz səhvini başa düşəcək. "Apollon"la oynamaq asan deyildi. Futbolçular emosiyalara qapılmışdı. Bu da onlara oynamağa imkan vermirdi. Rəqib də çox sürətli idi. Nəticəni buna maxmayaraq biz əldə etdik. Pis oynamadıq. Növbəti rəqibin kim olmasından asılı olmayaraq, bu, bizim üçün təhlükəli olacaq. Nəzərə alaq ki, rəqibimiz Çempionlar Liqasında mübarizəni dayandırmış komanda olacaq". 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR