Qriqorçuk milli komandanı çalışdırmağa hazırdır

Qriqorçuk milli komandanı çalışdırmağa hazırdır
"Qəbələ”nin baş məşqçisi Roman Qriporçuk milli komandanı çalışdırmağa hazırdır.

Sport7.az xəbər verir ki, ukraynalı mütəxəssis Robert Prosineçkinin gedəcəyi halda Azərbaycan millisinə dəvət almasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib:

"Mən "Qəbələ”nin baş məşqçisiyəm və belə məsələləri müzakirə edə bilmərəm. Amma belə deyək: bir il, il yarım əvvəl bildirirdim ki, millidə işləmək mənim əsas vəzifələrimdən deyil. İndi isə hesab edirəm ki, milli komandada işləməyə hazıram. Söhbət Azərbaycan millisindən getmir. Xahiş edirəm, məni düzgün başa düşəsiniz. Mən bununla nəyəsə eyham vurmuram. İndi millidə işləməyi mümkün sayıram. Amma bununla mən Azərbaycan, Ukrayna və ya başqa ölkənin komandasını nəzərdə tutmuram. Sadəcə, gələcəkdə mən özümü millinin baş məşqçisi kimi görürəm”. (1news.az)
 
Sport7.az

Xəbər lenti