Roman Qriqorçuk: "Qarabağ" bunu istəmir"

Roman Qriqorçuk:
"Meydanda iki bərabər gücdə komanda meydanda mübarizə aparırdı".
 
Sport7.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuka məxsusdu.


"Qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"ın qonağı olublar. Oyun başladığı kimi, 0:0 hesabı ilə nəticələnib.

Ukraynalı mütəxəssis matçdan sonrakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Fikrimcə, heç-heçəyə görə nəticədən razı qalmalıyıq. Çox yaxşı komandaya qarşı çıxış edirdik. Rəqibin güclü fərdi ustalığa malik oyunçuları var. Biz onların bu bacarıqlarını zərərsizləşdirdik".
 

- Bu gün meydanda qələbəyə oynayan "Qəbələ" görmədik. Oyuna bərabərlik üçün çıxmışdınız?

- İlk cavabımda hər şeyi dedim. Əlavəyə ehtiyac yoxdu. "Qarabağ" da həmçinin çempion olmaq istəyir. İstərdik ki, meydanın rəqibə aid hissəsində oynayaq. Amma "Qarabağ" bunu istəmir. Məncə, komandadan razı qalmaq olar.

- Dabonun zədəsi ciddidimi?

- Hələ bilinmir. Sabah və ya birigün daha dəqiq müəyyənləşəcək.

- Ekiqo Ehiosunla yollarınızı ayırsanız da, hücum xəttinə yeni transfer etmədiniz...

- Hallidey, Bultuis də getdi. Onları başqaları ilə əvəzləyə bilərik. Bizə hücumameyilli oyunçu lazımdı. Hansı ki, topu ələ keçirən kimi rəqibi aldada bilsin. Yəni usta futbolçu. Xüsusən də, belə rəqibə qarşı görüşlərdə vacibdi. İstərdik ki, belə futbolçu tapaq. Amma indiki məqamda çox çətindi. (Apasport.az)
 
Sport7.az

Xəbər lenti