Roman Qriqorçuk: "Rəqibimiz "Qarabağ"dır"

Roman Qriqorçuk:
"Uşaqların hər birinə afərin. Çox çalışdılar. Hesab bizi qane etdiyi halda, daha bir qol vurdular".

Sport7.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra ukraynalı mütəxəssis sualları cavablandırıb:

- Son oyunda əsas heyətə güvənəcəksiniz, yoxsa...?

- Ehtiyat heyət söhbəti yoxdur. Meydana kim hazırlıqlıdırsa, o çıxacaq. Rəqibimiz "Qarabağ"dır. Qələbə əldə etməyə çalışmalıyıq. Bu görüş bizim kubok finalından öncə inkişafımıza kömək edəcək.

- Düşünmürsünüz ki, bu görüşdə ustalıq səviyyəsi daha çox rol oynadı?

- Ustalığı müqayisə etmək, "Sumqayıt"la özümüzü müqayisə etmək istəməzdim. Ustalıq səviyyəmiz olduğu üçün imkanlarımızı qola çevirdik.

- Filip Ozobiçi süni örtüyə görə oynatmadınız, yoxsa zədəsi var idi?

- Kiçik zədəsi var. Xüsusən, süni örtükdə oynaması məsləhət görülmədi. Lakin gələn oyunda vəziyyətinə baxacağıq.

- Yuri Maksimovla münasibətlərinizin qaydasında olmadığı deyilir...

- Bunlar yalan söhbətlərdir. Maksimovla münasibətlərimiz normaldır və heç bir soyuq münasibətdən söhbət gedə bilməz. Ukrayna mətbuatı nəyə görə belə yazmalıdır. Heç vaxt belə yazan olmayıb. Heç yerdə bunu görməmişəm. Kimsə yazıbsa, gətirib göstərin. Maksimov da eyni cavabı verəcək. Futbolda heç nədən qorxmaq olmaz. Şadam ki, "Qəbələ"nin baş məşqçisi kimi finalda oynayıram. Bu, komandam üçün çox vacibdir. Qələbə qazanmaq və maksimumumu ortaya qoymaq istəyirəm.

- "Qarabağ"a qarşı ciddi mübarizə aparacağınızı dediniz. Belə olan halda oyunun Bakıda keçirilməsinə necə yanaşırsınız?

- Mənə belə desələr, Bakıda oynamağa razı olaram. Çünki oyundan sonra mükafatlandırma olacaq. Bu barədə rəhbərliklə də söhbətim olub. Etirazım olmayacaq. (Report.az)
 
Sport7.az

Xəbər lenti