Roman Qriqorçuk: "Biz 3 qol vurmaq istəyirdik, alınmadı"

Roman Qriqorçuk:
"Qəbələ" - "Panatinaikos" matçından sonra təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk jurnalistlər önünə çıxıb.
 
Sport7.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:
 
- "Qəbələ" bir çox Avropa oyunlarında hesabı açan tərəf olub. Amma sonradan qol buraxaraq məğlub olub. Buna çözüm tapa bilməmisiz?
 
- Bilmirəm necə cavab verim, bəzən biz qol vurmuşuq və məğlub olmuşuq. Bəzən də əksinə olub. 
 
- Bu gün səhviniz nədə oldu?
 
- Biz 3 qol vurmaq istəyirdik, alınmadı. Ümumi götürdükdə rəqib güclü idi.
 
- Azərbaycana gəlişinizin ilk ilində qrupa düşdü. Amma bu dəfə alınmadı. Bu "Qəbələ"yə nə dərəcədə üstünlük qazandıracaq azərbaycan çempionatında?
 
- İstəməzdik belə olsun və bir cəbhədə mübarizə aparaq. İstənilən halda futbolda müxtəlif cəbhələrdə vuruşmaq istərdik. Bunun bizə nə qədər üstünlük qazandıracağını bilmirəm.
 
- Heyətdə legionerlərin sayının çox olduğunu düşünürsüzmü? 
 
- Düşünmürəm ki, bizdə artıq futbolçu var. Son 3 ildə hələ belə komplektləşmə olmamışdı. Azərbaycan çempionatında limit varsa, bu o demək deyil ki, bizdə də 6 legioner olmalıdı.
 
- Komandanı yeni mövsümə kökləmək çətin olmayacaq bu məğlubiyyətdən sonra?

- Güclü rəqibə məğlub olduq. Qələbə də qazana bilərdik. Psixoloji cəhətdən mənfi aurada deyilik. Əksinə biz futbolçularımızı məşq etdirdik.
 
Sport7.az
 

Xəbər lenti