Ronaldinyo Messini təbrik etdi:

Ronaldinyo Messini təbrik etdi: "Təəssüf ki, Parisdə yanında ola bilmədim"

"Barselona"nın sabiq oyunçusu Ronaldinyo eks komanda yoldaşı Lionel Messini "Qızıl top"u qazanması münasibətilə təbrik edib.

Braziliyalı bu barədə "Instagram" hesabında paylaşım edib:

"Artıq "Qızıl top"larının sayı 6-ya çatdı, qardaşım. Səni bu uğur münasibətilə təbrik edirəm. Buna layiqsən.

Təəssüf ki, Parisdə yanında ola bilmədim. Amma ürəyimdə sənə qarşı olan sevgi və hörmətim sonsuzdu. İdmançıların danışmağa ehtiyacı yoxdu, hər oyun özlüyündə şoudu".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR